Azerbaijan Young Lawyers Union

az

en

ru

Homepage Contacts
  Haqqımızda
  Departamentlər
  Proqramlar
  Qanunvericilik
  Donor və Partnyorlar
  Online Hüquqi yardım
  Qalereya
  Forum
  Üzvlər
  Faydalı linklər
  İnsan Hüquqları

 17 aprel 2009
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB-Azərbaycan) və Gürcüstanın İnsan Cəmiyyətinin Harmonik İnkişafı təşkilatı (People Harmony Development Society təşkilatı, PHDS-Gürcüstan) tərəfindən həyata keçirilən "Qadın və uşaq alverinə qarşı mübarizədə dövlət qurumlarının və Qeyri-hökumət təşkilatlarının əməkdaşlığı" layihəsi çərçivəsində “Cənubi Qafqazda miqrasiya prosesləri” adlı sosioloji tədqiqat həyata keçirilmişdir. Azərbaycanda sosioloji tədqiqat ekspertlər, Azad İsayev və Mətanət Əzizova tərəfindən aparılmışdır. Bu sosioloji tədqiqat 2008-ci ilin ikinci yarısında aparılmışdır. Tədqiqatın tərkib hissəsi olaraq sorğu 1200 nəfər respondent arasında keçirilmişdir. Sorğuda iştirak edən respondentlərin 600 nəfəri paytaxt, 300 nəfəri sərhəd rayonları və qalan 300 nəfər isə qeyri-sərhəd rayonlarının sakinləri olmuşlar. Sorğu anketlərində müxtəlif suallar göstərilmişdir. Bu suallar vasitəsilə əhalin arasında miqrasiyanın əsas səbəbləri, əhalinin miqrasiyaya baxışı, miqrasiyanın istiqamətləri, ölkədən çıxma formalarının təşkili, miqrantların professional tərkibi, digər ölkələrdə məşğulluğun şəraiti, miqrasiyada fayda və digər məsələlər tədqiq edilmişdir. Keçirilmiş sosioloji tədqiqatın nəticələrinin təqdimat mərasimi 16 aprel 2009-cu il tarixində saat 10:00-da Hyatt Regency Otelinin “Bakı” konfrans zalında keçirildi. Mərasimə bir sıra Nazirlik və dövlət orqanları nümayəndələri ilə birlikdə vətəndaş cəmiyyəti nümayəndələri də qatılmışdılar.

Haqqımızda

Departamentlər

Proqramlar

Qanunvericilik

Donor və Partnyorlar

Online Hüquqi yardım

Qalereya

Forum

Üzvlər

Faydalı linklər

İnsan Hüquqları