Azerbaijan Young Lawyers Union

az

en

ru

Homepage Contacts
  Haqqımızda
  Departamentlər
  Proqramlar
  Qanunvericilik
  Donor və Partnyorlar
  Online Hüquqi yardım
  Qalereya
  Forum
  Üzvlər
  Faydalı linklər
  İnsan Hüquqları

 24 noyabr 2008
24 noyabr 2008-ci il tarixində Konstitusiya Araşdırmaları Fondunun ofisində Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin də üzvü olduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Ümumi Yığıncağı keçirilmışdir. Ümumi Yığıncaqda Azərbaycan Gənc Hüquqşünaslar Birliyini təşkilatın Sədr müavini Natiq Nəsirov təmsil etmişdir. Ümumi Yığıncağın gündəliyində 4 məsələ qoyulmuşdu: 1. Afinada keçirilən Beynəlxalq Antikorrupsiya Konfransı barədə məlumat; 2. ACYF tərəfindən dəstəklənən Vahid layihənin icrasının müzakirəsi; 3. Şəbəkəyə üzvlərin qəbul edilməsi ilə bağlı yeni qaydaların ilkin müzakirəsi və 4. Cari məsələlər. Afinada keçirilən Beynəlxalq Antikorrupsiya Konfransı barədə məlumatı Şəbəkənin üzvü, Şəffaflıq-Azərbaycan Təşkilatının rəhbəri Rəna Səfərəliyeva və Vüqar Bayramov verdi. Onlar öz təəssüratlarını bölüşdükdən sonra yığıncaq iştirakçıları ilə müzakirələr aparıldı. Daha sonra gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparıldı.

Haqqımızda

Departamentlər

Proqramlar

Qanunvericilik

Donor və Partnyorlar

Online Hüquqi yardım

Qalereya

Forum

Üzvlər

Faydalı linklər

İnsan Hüquqları