Azərbaycan Hüquqşünasları Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Avrasiya Hüquqşünaslar Assosiasiyasından ibarət QHT Koalisiyası 01 oktyabr 2008 –ci il tarixindən başlayaraq “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət Planının icrasına hökumət nəzarətinin alternativ monitorinqinin keçirilməsi” adlı layihənin icrasına başlamışdır. Layihəni ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Counterpart International təşkilatı maliyyələşdirilir. 12 ay ərzində davam edəcək layihənin icra olunmasında məqsədi Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyanın və Fəaliyyət planının həyata keçirilməsində vətəndaş cəmiyyəti iştirakçılığının təmin edilməsi yolu ilə onun həyata keçirilməsinin effektivliyinin artırılması və bununla da, korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə yardım etməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci ilin 28 iyul 2292 saylı sərəncamı ilə təstiq edilmiş Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının II və VI bölmələrində əks olunan fəaliyyətlərin alternativ monitorinqin keçirilməsi nəzərdə tutulur. Nəticələrə uyğun olaraq yekun monitorinq hesabatı və tövsiyyələr hazırlanacaqdır. Layihənin icrası dövründə aidiyyatı dövlət qurumları ilə, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Müvafiq icra hakimiyyəti orqanları, Milli Məclis, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və s. Dövlət qurumları ilə əməkdaşlıq ediləcəkdir. Həyata keçirlən tədbirlərdə Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların Məlumat və Əməkdaşlıq şəbəkəsi yaxından iştirak edəcəkdir.
Qeyd olunan monitorinqin aparılması məqsədi ilə aşağadakı işlər görüləcəkdir
· Dövlət orqanlarında qaynar xətt ststeminin yaradılması və bu barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində həyata keçirilən tədbirlərin monitorinqi;
· Qaynar xəttə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi sisteminin yaradılmasınının monitorinqi;
· Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli Strategiyanın icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin dəyərləndirilməsi və və ictimaiyyətə açıqlanması üzrə fəaliyyətin monitorinqi; Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Milli Strategiyanın icra vəziyyətinin yoxlanılması məqsədi ilə monitorinqlərin keçirilməsi üzrə həyata keçirilən tədbirlərin analizi.
|