Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) 1999-cu ilin mart ayının 19-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeyduyyatına alınmışdır. AGHB qeyri-hökumət, qeyri-kommersiya, müstəqil gənclər qurumudur. AGHB bu günədək öz ətrafında 700-ə yaxın gənc hüquqşünas tələbələri, magistrləri, məzunları, gənc hüquqşünas mütəxəssisləri birləşdirir.
İnsan hüquqlarının müvafiq sahələri üzrə təşkilatın daxilində Departamentlər fəaliyyət göstərir. Bunlar Qadın Hüquqları və Gender Məsəslələri üzrə, Uşaq və Gənclər Hüquqları üzrə, Qaçqın və Məcburi Köçkünlərin Hüquqları üzrə, Hüquqi Xidmət və Təlimlər, Beynəlxalq Əlaqələr və başqa Departamentlərdir.
AGHB-nin ali məqsədi - müasir dövr üçün insan hüquqları, azadlıqları və hüquq problemlərinin öyrənilməsi və təbliğindən ibarətdir.
AGHB-nin əsas vəzifələri Birliyin Nizamnaməsində aşağıdakı kimi müəyyən olunmuşdur:
-
Hüquq elmlərinin müvafiq sahələri üzrə müasir informasiya mənbələrinin öyrənilməsi;
-
İnsan hüquqları və azadlıqlarının qorunması ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etmək;
-
İnsan hüquqları və azadlıqlarının qorunması sahəsində araşdırmalar aparmaq;
-
Mövcud normativ-hüquqi aktların demokratik prinsip və normalarına uyğunluğuna dair digər dövlətlərin təcrübəsini, qanunvericilik aktlarını, beynəlxalq konvensiyaları öyrənmək;
-
Gənclərə aid qanunvericilik layihələri hazırlamaq;
-
Gənclərin hüquqları və azadlıqlarına dair qanunvericiliyi təbliğ etmək;
-
Beynəlxalq insan hüquqları müdafiə təşkilatları ilə əlaqələr yaratmaq və onların təcrübəsini öyrənmək;
-
Kütləvi İnformasiya Vasitələri ilə sıx əməkdaşlıq etməkdən ibarətdir.
İdarə heyəti:
Sədr - Elmari Məmişov
Üzvlər: - Güldiyar Əsədova
- Nadir Adilov
- Nigar Məlikova
- Ramil İskəndərli
|