Azerbaijan Young Lawyers Union

az

en

ru

Homepage Contacts
  Haqqımızda
  Departamentlər
  Proqramlar
  Qanunvericilik
  Donor və Partnyorlar
  Online Hüquqi yardım
  Qalereya
  Forum
  Üzvlər
  Faydalı linklər
  İnsan Hüquqları

Xəbərlər və pres relizlər
 
06.12.2011 AGHB sədri Elmari Məmişov Moskvada Beynəlxalq tədbirdə iştirak edir
Dekabrın 6-dan etibarən Rusiyanın paytaxtı Moskva şəhərində intellektual mülkiyyət hüquqları və Creative Commons lisenziyalarının MDB ölkələrində tətbiqi üzrə beynəlxalq seminar öz işinə başlamışdır. Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) sədri Elmari Məmişov bu tədbirdə iştirak etmişdir.
 
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Beynəlxalq İnkişaf Alyansının üzvü oldu
Cari ilin Sentyabr ayında Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) Beynəlxalq İnkişaf Alyansının (İDA) üzvü oldu. AGHB həmçinin İDA Şəbəkəsinin Azərbaycanda yerli partnyoru qismində fəliyyətlər həyata keçirəcəkdir.
 
11.09.2011. Gənc hüquqşünaslar Qlobal Sammitdə işitrak edəcəklər
2011-ci ilin Sentyabr ayının 15-dən 18-dək Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) sədri Elmari Məmişov və İdarə Heyətinin üzvü Ramil İskəndərli intellektual mülkiyyət hüquqları üzrə ictimai lisenziyalaşdırma sahəsində qlobal miqyasda fəaliyyət göstərən Creative Commons təşkilatının dəvəti ilə Polşanın Varşava şəhərində keçiriləcək Qlobal Sammitdə iştırak edəcəklər.
 
10 Iyun. Qaçqın və sığınacaq axtaran şəxslərlə bağlı dəyirmi masa
Danimarka Qaçqınlar Şurası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) və Həyat Humanitar Təşkilatı ilə birlikdə Azərbaycanda Qaçqın və Sığınacaq axtaranların Yerli İnteqrasiyası – Yerdəyişmə zamanı Həyat Şəraitinin Yaxşılaşdırılması Strategiyası layihəsi çərçivəsində dəyirmi masa keçirmişlər.
 
AGHB-nin sədri Elmari Məmişov Böyük Britaniyada “Avropada terrorizmə qarşı mübarizə və insan hüquqları” mövzusunda konfransda iştirak etmişdir
Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) Mətbuat Xidmətinin məlumatına əsasən 2011-ci ilin May ayının 6-da Böyük Britaniyanın məşhur Nottingem Universitetinin Hüquq Fakultəsinin nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Mərkəzi tərəfindən Nottingem şəhərində təşkil edilmiş “Avropada terrorizmə qarşı mübarizə və insan hüquqları” mövzusunda konfransda AGHB-nin sədri Elmari Məmişov iştirak etmişdir.
 
Məcburi Köçkün Uşaq Komitələri yaradıldı
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) Danimarka Qaçqınlar Şurası (DQŞ) və Həyat Humanitar Təşkilatı ilə birgə həyata keçirdiyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Qayıdış və yenidən məskunlaşdırma zamanı uşaqların iştirakı” layihəsi çərçivəsində cari ilin 5-8 Aprel tarixlərində Yevlax, Ağdam, Ağcabədi və Goranboy rayonlarında məskunlaşmış 7 məcburi köçkün icmasında Məcburi Köçkün Uşaq Komitələrinin (bundan sonra – Komitə) yaradılması məqsədilə məcburi köçkün uşaqların təhsil aldığı orta məktəblərdə uşaqların iştirakı ilə seçkilər keçirilmişdir.
 
18.03.2011. Gənc hüquqşünaslar Ağdam rayonunda və digər rayonlarda layihə həyata keçirməkdə davam edir
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Danimarka Qaçqınlar Şurası və Həyat Humanitar Təşkilatı ilə birgə həyata keçirdiyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Qayıdış və yenidən məskunlaşdırma zamanı uşaqların iştirakı” layihəsi çərçivəsində carı ilin Mart ayı ərzində Yevlax rayonu, Ağdam rayonu və Goranboy rayonu ərazisində yerləşən məcburi köçkün icmalarda uçaqlar və onların validyenlər, müəllimləri və digər maraqlı şəxslər üçün təlimlər keçirmişdir.
 
GƏNC HÜQUQŞÜNASLAR MÜSABİQƏLƏRƏ DƏVƏT OLUNUR
71 hakim ştatının vakant olması nəzərə alınaraq ötən ilin sonunda hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu elan edilmişdir. Hazırda davam edən sənəd qəbulu nəticəsində 175 nəfər öz namizədliyini irəli sürmüşdür. Bu prosesin obeyektivliyinə gənc hüquqşünaslar arasında inamın təzahürüdür ki, namizədlər sırasında gənclərin sayı əvvəlki illərə nisbətən 3 dəfəyədək artaraq 60 faizə yaxın olmuşdur. Eyni zamanda məhkəmə islahatları nəticəsində son illər məhkəmə aparatı işçilərinin sayı da 60 faizədək artırılmış, o cümlədən hər bir hakim üçün hakim köməkçisi ştatları təsis olunmuşdur. Həmin vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən test üsulu ilə şəffaf müsabiqələr keçirilir.
 
İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir
Ədliyyə orqanlarında şəffaflığın artırılmasına diqqət yetirilərək, hüquq-müdafiə QHT-ləri ilə sıx əlaqələr qurulmuş, penitensiar sistemdə ictimai nəzarəti həyata keçirilməsi məqsədilə 2006-cı ildən müstəqil qurum - İctimai Komitə fəaliyyət göstərir.
 
AGHB-in regionlarda tədbirləri
AGHB məcburi köçkünlər üçün regionlarda tədbirlər həyata keçirməkdədir.
 

  :Tarixindən       :Tarixinə    

Haqqımızda

Departamentlər

Proqramlar

Qanunvericilik

Donor və Partnyorlar

Online Hüquqi yardım

Qalereya

Forum

Üzvlər

Faydalı linklər

İnsan Hüquqları